11 İyul 2017 14:47
3 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

O qədər qəlbi qara, ürəyi xoflusuz ki, qələminizə belə hörmət etmirsiniz. Bilib-bilmədən, soruşmadan ağlınıza gələni yazırsınız!

Teleqraf.com-un məlumatına görə, bu sözləri tanınmış müğənni Damla instaqram hesabında yazıb.

Müğənni yerli saytlardan birinin “Azəbaycanın evli kişiyə ərə gedən məşhurları” başlıqlı yazısında onun haqqında yazılanlara kəskin münasibət bildirib:

“Mən nə vaxt ailə qurdum? Hansı evli kişi ilə ailəliyəm? Bu adları sadalanan müğənni həmkarlarımın arasında mənim adımın nə əlaqəsi var? Bu yazılarınızı dayandırın! Niyə mənim işimdən, uğurlarımdan yazmırsınız? Məqaləniz oxunsun deyə, bizi insanların gözündən salmağa nə haqqınız var?

Türkiyədə proqrama çıxdıq, təkliflər aldıq, niyə ondan yazmadınız? Özbəkistanda televiziya proqramına qatıldıq, klip çəkilişi ilə geri döndük. Bundan niyə yazmadınız?

Getdiyim ölkələrdə müsahibələrimdə belə öz dilimizdə danışdım. Sayılı günlərdən sonra ilk solo konsertimdi. Bunu niyə işıqlandırmırsınız? Sizə məni insanların gözündən salacaq xəbərlər lazımdı? Özünüzə hörmət etmədiyiniz bəllidir! Heç olmasa, qələminizə hörmət edin!”

Sözügedən yazıda Damla haqqında bu cümlələr yer alıb: “İlk evliliyini sonlandıran müğənninin hazırda evli iş adamı ilə eşq yaşadığı iddiaları gündəmdədir. Hətta prodüser Sultan müğənni Damlanı evli kişi ilə sevgili olmaqda ittiham edib. Damlanın ilk evliliyindən bir övladı var”.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər