Teleqraf.com xəbər verir ki, Röya həkimlər tərəfindən yazılan göz dərmanlarını vaxtında edə bilməməyindən şikayətlənib:
“Gözümə dərman tökməmişəm. Deyəsən, elə birdəfəlik göz əməliyyatına girməli olacağam”.
O, həmçinin həkimi ilə olan fotosunu belə şərh edib:
“Sevimli həkimlərim çoxdur. Onlardan biri də siz oldunuz. Gözlərim əmin əllərdədir. Gec də olsa, müalicəyə mütəxəssislərlə başladığım üçün sevinirəm. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi (Göz xəstəxanası) gözlərim önündə tikildi. O zaman biz balaca uşaqlar idik. Heç ağlıma da gəlməzdi ki, haçansa atamın gözləri və öz gözlərim məhz bu binada və belə gözəl həkimlərin əlindən şəfa tapacaq”.