Teleqraf.com Oxu.Az-a istinadən verdiyi məlumata görə, müğənni bu barədə “Qovorit Moskva” radiosuna açıqlama verib.
“Mahnının sonuncu bəndində mən paltarı əynimdən çıxararaq yalnız tül geyimdə qaldım və dedim ki, şou-biznesdə sonuncu kök müğənni olmaq istəyirəm, digərləri isə artıq arıqlayıblar. Bu sadəcə zarafat idi, kim başa düşməyibsə, onun yumorla bağlı problemi var”, - Lolita deyib.
Xatırladaq ki, 53 yaşlı müğənninin Bakıdakı səhnədə çıxışı sosial şəbəkə istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub.