Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, konsert oktyabrın 18-də Heydər Əliyev Sarayında olacaq.
Patrisiya Kaasın 1988-ci ildə buraxılan “Mademuazel oxuyur” adlı ilk albomu müğənniyə Fransa, Belçika, İsveçrə, Almaniya, Avstriya və digər ölkələrdə böyük şöhrət gətirib. Onun uğur qazanmasının bir səbəbi də daim qastrolda olmasıdır.
Xatırladaq ki, Patrisiya Kaas 2014-cü ildə Bakıda da konsert verib.