17 Avqust 2017 20:19
1 997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktyor Murad Başoğlu xəyanət etdiyi həyat yoldaşı Handə Bermekin könlünü ala bilməyib.

Teleqraf.com xəbər verir ki, ötən ay Bodrumda sarışın xanımla öpüşərkən fotoqrafların obyektivinə tuş gələn Başoğlunun xəyanətinə biznes ledi olan həyat yoldaşının necə reaksiya verəcəyi medianın müzakirə mövzusu olub.

Ərinin xəyanətinə Handə Bermekin reaksiyası maraqla qarşılanıb. “Bu hadisəni sevgiylə qarşılayıram”, - deyən biznes ledinin İsveçrədə təhsil alan oğlu Can Bermek Başoğlunun yanına gedəcəyi bildirilir. Məlumatlara görə, Handə Bermek oğlunun yanına tək gedəcək. Artıq onun oğlu ilə birgə yaşamaq üçün İsveçrədə ev axtardığı deyilir.

Qeyd edək ki, xəyanət xəbərindən sonra Handə Bermek həyat yoldaşı Başoğlunu İnstaqram sosial şəbəkəsində izləməkdən imtina edib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər