Bu günə kimi çox toylar təşkil etmişəm. Çəkilişlərindən tutmuş, ümumi gedişatına kimi bütün yükü öz öhdəmə götürmüşəm. Mənə elə gəlirdi ki, öz toyumda hər şey rahat olacaq, həyəcan keçirməyəcəm.
Bu sözləri tanınmış fotoqraf və videoqraf Cəlal Kəngərli sosial şəbəkədə yazıb.
Bir çox məşhur insanların toyunun təşkilatçılığını etmiş Kəngərli uzun zaman münasibətdə olduğu xanımla yeni həyata başlayacağını elan edib:
“Bəzən insanları qınayırlar ki, bu boyda dəm-dəstgah nəyə lazım? Nə yalan deyim, olub ki, mən də bəzi şeyləri artıq bilmişəm. Amma indi düşünürəm ki, bu, həyatda bircə dəfə olan şeydi. Əgər bunu kiminsə xətrinə yox, sevdiyin üçün edirsənsə, o zaman hər şeyi ürəkdən və ən gözəlini eləməlisən. Gözəl münasibət bax elə budur.
Beləcə, təmənnasız, səmimi və möhkəm ailənin təməli qurulur. İnşallah hər kəs bu məsuliyyəti, uzun yolda uğurla addımlayar. 8 illik enişli-yoxuşlu bir münasibətdə nağıl kimi yeni bir başlanğıc: 20 sentyabr...”