Şükürlər olsun, növbəti dəfə Həcc ziyarətindəyəm. Allah arzusunda olanlara qismət etsin. Sizin dualarınızla və Allahın mərhəməti sayəsində bu gün ayaqdayam. Müqəddəs Kəbə ətrafına dolanıb dualar etmək insanda möhtəşəm bir ruh halı yaradır.
Teleqraf.com xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov İnstaqramda yazıb. Yenidən Həcc ziyarətinə yollanan xeyriyyəçi əlavə edib:
“Bu hissləri təkrar yaşamaq üçün yaşamağa dəyər. Budur, yenidən bu müqəddəs məkandayam. Allah hər kəsin gözəl dualarını qəbul etsin, mən daxil!”