22 Sentyabr 2017 23:47
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən keçirilən "Miss Turkiyə" gözləllik yarışmasının finalçısı İtir Esenin tacı jüri tərəfindən əlindən alındı. 1999-cu il təvəllüdlü Esen bu barədə sosial şəbəkədəki hesabında bildirib.

Teleqraf.com xəbər verir ki, "Türkiyə gözəli" seçilən İtİr Esenin tacı 15 iyul hadisələrinə görə əlindən alınıb. Xanım Esenin öz Tvitter hesabında 15 İyul ilə əlaqədar tvit atması onun "Türkiyə gözəli" olmasını əngəlləyib.

"Miss Turkiyə" yarışmasının təşkilatçısı Can Sandıkçıoğlu yazdığı şərhdə bu hadisəyə görə kədərləndiyini gizlətməyib.

Bu vəziyyətdə isə münsiflər ikinci olan Əsli Süməni birinci, bal sıralamasında üçüncü olan Pınar Tartanı ikinci, dördüncü sırada olan Yasəmən Çokları isə üçüncü yerə seçiblər.

Yeni nəticələrə görə, Əsli Sümən Türkiyəni Çin Xalq Respublikasında keçiriləcək ''Miss World''də, Pınar Tartan ABŞ-da keçiriləcək ''Miss Universitet"də, Yasəmən Çoklar isə Polşada keçiriləcək "Miss Supranational"da təmsil edəcək.


Müəllif: Nəcəf

Oxşar xəbərlər