13 Dekabr 2017 09:50
2 621
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Altın kelebek" mükafatlandırma mərasimi bitsə də, onun ətrafında yaranan mübahisələr bitmək bilmir.

Nigar Camal və Əməkdar artist Röya Ayxan arasında yaranan savaş dünən gecə daha da alovlanıb. Məsələyə münasibəti “İnstaqram” hesabından verən Nigar qalmaqalın onluq olmadığını bildirib və bu sözləri yazıb:

“Əziz dostlar, “Altın Kelebek” mövzusu ilə bağlı nə deyibsə, canı sağ olsun. Mən bir daha təbrik eləyirəm. Uğurlarının ardı gəlsin. Qalmaqal mənlik deyil və bu cür söhbətlərə girmirəm. Röyanı və Röya sevərləri təbrik edirəm”.

Röya Ayxan isə öz növbəsində onu dəstəkləyən Nura Suriyə “İnstaqram” story bölməsindən cavab verərək, Nigar və İradə İbrahimova barədə fikirlərini dilə gətirib:

"Gözəlim, nə onunla, nə də bununla işim oldu. Heç ola da bilməz. Amma mən bu günə qədər heç birinə dayandığım yerdə söz demədim. Özləri aldanıb, 200 min pul verib, iş görə bilməyiblərsə (red - Nigar Camal), mənim günahım deyil. Türkdə ərdə olan xanım, türkü əzə bilməz, bəs niyə övladı var? (red - İradə İbrahimova) Yeri gəlsə, sizə görə həyasız mənəm, amma Nigarın camaat içində Anara bağırıb "Bunu niyə bura çağırdın?" deməyi normaldır".

Qeyd edək ki, məşhurlar arasında qalmaqal İradə İbrahimovanın "ATV maqazin onlarla" verilişindəki çıxışından və Nigar Camalın "Altın kelebek"də Röyanı təbrik etməməsindən sonra başlayıb./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər