Dünən Bakıda "Böyük saray" restoranında azərbaycanlı iş adamının toyunda yerli şou-biznes nümayəndələri ilə yanaşı, xarici ulduzlar da qonaq olub.
Teleqraf.com xəbər verir ki, Yaşar Yusubun idarə etdiyi toyda türkiyəli sənətçilər Murad Boz, Fərhad Köçər, rusiyalı müğənni Leonid Aqutin, rusiyalı aparıcı və musiqiçi Valdis Pelş iştirak ediblər.
Türkiyə mətbuatının yazdığına görə, Murad Boz Bakıya azərbaycanlı iş adamının xüsusi təyyarəsi ilə gəlib.
Bakının bir günlük qonağı olan müğənni toydakı çıxışından 400 min dollar qazanıb.
Toydan görüntülər sosial şəbəkədə paylaşılıb.
Xatırladaq ki, Burak Özçivitin çəkdiyi "Kardeşim benim 2" filmində rol alan Murad Boz ekran işinin Bakıda baş tutan qala gecəsinə gəlməmişdi.