20 Yanvar 2018 01:27
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Faiq Ağayev Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhurlaşan azərbaycanlı model Naz Milanın 20 Yanvar faciəsinin ildönümü günü gecə klubunda tədbir təşkil etməsinə sərt etiraz edib.

Teleqraf.com xəbər verir ki, Faiq Ağayev Feysbuk səhifəsində 20 Yanvar dəhşətinin artıq formal qəbul olunduğunu bildirib.

“Hansı mühitdə böyüyüb bu şəxs? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Axı vicdanı necə yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki - belə...Formal qəbul etməyə başlayıblar 20 Yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülüm. Faciədir!”, - deyə xalq artisti qeyd edib.


Müəllif: Kəmalə

Oxşar xəbərlər