9 Fevral 2018 18:42
5 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya TV-də aparıcı Fərqanə Gülağaqızının təqdimatında yayımlanan “Bu bizik” proqramının növbəti bölümü efirə gedib.

Teleqraf.com xəbər verir ki, verilişin budəfəki qonaqları ata-oğul müğənni Tacir Şahmalıoğlu və Şahmalı Taciroğlu olub.

Verilişdə maraqlı anlar yaşanıb. Oğlu haqqında danışan müğənni Şahmalının evə gec gəlməsindən narazılığını bildirib: “Ona demişəm ki, əgər toyda, tədbirdə, sənətlə bağlı digər işlərlə məşğul deyilsənsə, evə gec gəlmə. Əvvəla ona görə ki, sən mənim tək oğlumsan, sonra da darıxıram, sən olmayanda özümü tənha hiss edirəm”.

Şahmalı isə atasının sözünə müdaxilə edərək, bu vaxta qədər qarşısına çox tələblər qoyulduğunu deyib: “Atam məni elə böyüdüb ki, uşaqlıq nədir anlamamışam. Özü evə gəc gəlir, ancaq mənə imkan vermir. Yaşıdlarımla söhbət edəndə onlara uşaq kimi baxıram. Tez böyümüşəm. Atamın isə istədiyi bir şey var – nəvə. Cəmi 1 il vaxtım var, evlənməliyəm”.

Qeyd edək ki, Teleqraf.com “Bu bizik” proqramının informasiya dəstəkçisidir.


Müəllif: Cabbar

Oxşar xəbərlər