Elə bir nöqtəyə çatırsan ki, artıq davam etmək istəmirsən.
Teleqraf.com xəbər verir ki, bunu müğənni Dilarə Kazımova ARB TV-nin “Boş anlar” verlişində deyib.
Müğənni boşanmasının səbəbindən danışıb. O bildirib ki, keçmiş həyat yoldaşı qısqanc olub:
"Biz "Avroviziya"dan sonra evləndik. O, mənə çox dəstək idi. Əvəllər hər şey çox gözəl idi. Sonralar isə türklər demiş, basqınlıq etməyə başladı. Həyatda elə bir nöqtəyə çatırsan ki, artıq davam etmək istəmirsən. Mən düzgün seçim etdiyimi düşünürəm və hər dəfə də çalışıram ki, özüm üçün düzgün seçim edim. Hər zaman qərarımı axır nöqtəyə salıram, sabah özümə sual verməyim ki, bəlkə bir başqa yolu var idi? Düz etmişəm”.
Xatırladaq ki, müğənni türkiyəli iş adamı Mərt Aslanla 2014-cü ilin sentyabr ayında ailə həyatı qurmuşdu.