5 Aprel 2018 13:53
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Arif özünün “Qızım” klipinin təqdimatında üz-üzə gəlib görüşən Natavan Həbibi və Elnarə Xəlilova üçün mahnı bəstələyəcəyinə söz verib.

Teleqraf.com xəbər verir ki, M.Arif keçmiş “W trio” qrup üzlərini yenidən birlikdə görmək istədiyini deyib. O, heç kim üçün mahnı yazmadığını desə də, qrup üzlərinə görə ənənəsini pozmağa razı olub:

“Sırf onlar üçün yazmağa hazıram. Lakin mahnını bir adama bəyəndirmək zülmdürsə, təsəvvür edin ki, iki adama bəyəndirmək necə çətindir. Odur ki, mahnını bu yaxınlarda gözləməyin, amma gözləyin”.

Natavan Həbibi “W trio” qrupunun üzvlərinin birləşib yeni bir mahnı ifa etmək təklifinə isti münasibət göstərməyib. O, Murad Arifin özü ilə yanaşı Elnarə Xəlilova və Röya Ayxan üçün birgə mahnı yazmasına qarşı çıxıb:

“Üçümüzün duetini gözləməyin, öz mahnılarım o qədər çoxdur ki... Hansı kitabda yazılıb ki, keçmiş qrup üzləri duet oxumalıdır? Murad hələ bizimlə danışacaq, sonra qərar verərik”.

Müğənni Elnarə Xəlilova isə duet təklifinə etiraz etmədiyini deyib.


Müəllif: Aytən

Oxşar xəbərlər