Türkiyənin məşhur teleaparıcısı Bəyazid Öztürk Barselonadakı otellərin birinin balkonunda kameralara tuş gəlib.
Teleqraf.com-un məlumatına görə, şəxsi həyatı ilə gündəmə gəlməyi xoşlamayan teleaparıcı Barselonada otellərdən birinin balkonunda gənc bir xanımla üz-üzə əyləşdiyi yerdə görüntülənib. Şoumen çəkilişə əhəmiyyət verməyib.
Kanal D televiziyasında "Bəyaz Şou" verilişinin aparıcısı olan Bəyazid Öztürkün 2 il öncə Türkiyədən Barselonayaya köçüdüyü iddia olunmuşdu. Onun yalnız çəkiliş üçün Türkiyəyə gəldiyi söylənirdi.
İki ay öncə isə mövsüm tətilinə çıxan Bəyazid Öztürkün ABŞ-a getdiyi bildirilirdi.