23 İyun 2018 01:28
3 880
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir-birimizə yaraşmamaq bizə yaraşmaz”.

Teleqraf.com xəbər verir ki, bu sözləri instaqramda yeni sevgilisiylə şəklini paylaşan reper Elşad Xose yazıb. Bir neçə gün əvvəl gənc xanımla istirahət məkanlarının birində görüntülənən reper bununla da aşiq olduğunu rəsmən elan edib.

Xatırladaq ki, Oksana Rəsulova ilə Elşad Xose 2013-cü ildə ayrılıb, lakin onlar tez-tez barışmaları və küsmələri xəbələri ilə gündəmə gəlirdilər. Hətta Elşad Xose keçən il Oksananın dəvəti ilə "Mələyin öpüşü" filmində baş rola çəkilmişdi.

Qeyd edək ki, Elşad Xosedən fərqli olaraq, ana olmağa hazırlaşan Oksana Rəsulova dünyaya gələcək övladının atasının kimliyini gizli saxlayır.


Müəllif: Teleqraf.com