18 Avqust 2014 11:09
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pop kralı Maykl Ceksona ithafən çəkilmiş ikinci klip təqdim edilib.

"A Place with No Name" sinqlı əfsanəvi ulduzun ölümündən sonra çıxarılan "Xscape" albomuna daxildir.

Mahnı müğənni tərəfindən 1998-ci ildə səsləndirilib. O, bu mahnını yazarkən “America” qrupunun 1972-ci ildə oxuduğu “A Horse With No Name” mahnısından ilhamlanıb.

Videoçarxın rejissoru “Rolling Stones” və “Nirvana” kimi işləri ilə tanınmış klipmeyker Semuel Beyerdir. O, klipdə köhnə videofraqmentlərlə yanaşı, yeni kadrlardan da istifadə edib.

Qeyd edək ki, may ayında isə Castin Timberleyk pop ulduzla birlikdə mahnı oxuduğu klipini təqdim etmişdi.

/anspress/


Müəllif: