17 Avqust 2018 08:18
3 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Forbes" jurnalı dünyanın ən çox qazanan aktrisalarının siyahısını hazırlayıb.

Teleqraf.com xəbər verir ki, birinci yerdə amerikalı aktrisa Skarlett Yohanssondur. O, 2017 və 2018-ci illər ərzində 40,5 milyon dollar qazanc əldə edib

Yohanssonun əsas gəliri rus casusu obrazını canlandırdığı "Qara dul qadın" filmindən olub.

Siyahıda ikinci yeri həmçinin "Malefisenta 2" ekran əsəri sayəsində 28 milyon dollar qazanmış Ancelina Coli tutub.

"Dostlar" teleserialının ulduzu Cennifer Eniston ötən il ilə müqayisədə bir pillə geriləyib və 19,5 milyon dollar ilə üçüncü mövqedə qərarlaşıb. Beşliyi Cennifer Lourens və Riz Uizerspun qapayır.


Müəllif: Teleqraf.com