İranda yaşayan cənubi azərbaycanlıların rəqs fləşmobu son günlər sosial şəbəkələrdə fenomenə çevrilib.
Bu dəfə sözügedən fləşmoba tanınmışlar da qoşulub. Onlar müğənni Əlirza Şərifzadənin “Səni deyirlər” adlı mahnısının sədaları altında rəqs ediblər.
Müğənnilər Günay İbrahimli, Səidə Sultan, aparıcılar Çinarə Əliyeva, Firəngiz Cəlilova, aktrisalar Nərgiz Əliyeva, Zümrüd Qasımova və rəqqasə Rəna Ağamuradova (Renka) rəqs məkanı kimi gül salonunu, gözəllik salonunu, küçəni və ya sadəcə avtomobili seçiblər./“Qafqazinfo”/
Həmin videonu təqdim edirik: