Həyat yoldaşı Röyal xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhəti barədə danışıb.
Teleqraf.com-a açıqlama verən “Toppuş bacı”nın həyat yoldaşı bu sözləri deyib:
“Şükürlər olsun ki, Tünzalə xanım özünü yaxşı hiss edir. Xəstəxanadadır, bu gün növbəti dəfə kimya qəbul edəcək, axşam isə evə gələcək. Sonra daha bir neçə dəfə kimyə qəbul etməlidir. Həkimlərdən çox razıyıq. İnşallah, daha yaxşı olacaq”.
Qeyd edək ki, T.Əliyevanın uşaqlıq yolunda şiş aşkarlanıb və kəsilib. Əməliyyatdan sonra onda yenidən şiş aşkarlandığı məlum olub. Aktrisa hazırda müalicə olunur.