“Elit-star” ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova uzun illərdən sonra imicində dəyişiklik etdirmək qərarına gəlib.
Teleqraf.com-un məlumatına görə, daim sarı saçlarda olan ifaçı bu dəfə onu tündləşdirib. Fotolarını sosial şəbəkədə paylaşan ifaçı bildirib ki, yeni görkəmindən xeyli razıdır.
Onu da əlavə edək ki, C.İskəndərova bir müddət öncə açıqlamasında görünüşündən narazı olduğunu dilə gətirmişdi. O bildirmişdi ki, kosmetoloq onun üzünə sintetik gel vurub və üzü şişib.