Türkiyəli müğənni Alişan əməliyyat olunub.
Qarın ağrısı şikayəti ilə xəstəxanaya gedən ifaçının öd kisəsi əməliyyatla götürülüb. "Tvitter" və İnstaqram səhifəsində hazırda yaxşı olduğunu yazan Alişan bunları deyib:
"Allaha şükür ki, pis günümdə yanımda olan dostlarım var. Hazırda özümü yaxşı hiss edirəm. Allah o ağrıları heç kimə yaşatmasın. Sağlamlıqdan başqa hər şey yalandır".
Qeyd edək ki, aparıcı Ece Erken və Lerzan Mutlu müğənnini ziyarət ediblər.
/Axşam.az/