20 Avqust 2014 22:42
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xatirə İslam yeni biznes qurub.

Sənətçi xına məclislərinin bəzədilməsi ilə məşğul olan mağaza açıb. Bu haqda əməkdaşımızla söhbətində ifaçı özü deyib:

“Bu cür mağazam çoxdan fəaliyyət göstərir. Sadəcə, indi həmin işi bir az da böyüdürəm. Bu, müğənnilikdən sonrakı ilk işimdir. Mənim oxumaqdan başqa heç bir biznesim yoxdur. Bu sahədə də o qədər uğurlu deyiləm. Bacarmıram. Tək qazancım səsimdir”.

Yeniliklərindən danışan X.İslam həmkarı Rüfət Axundovla oxuduğu “Küsmə” duetini ekranlaşdıracaq:

“Klipi Nail Naiboğlu çəkəcək. Sentyabrda təqdim edəcəm. Eyni zamanda da, yeni mahnılarım olacaq”.

/Axşam.az/


Müəllif:

Oxşar xəbərlər