Azərbaycanlı rəqqasə Fatimə Fətəliyevanın sahibi olduğu gözəllik salonunda oğurluq olub.
Teleqraf.com-un məlumatına görə, rəqqasə bu barədə sosial şəbəkədəki səhifəsində yazıb.
Fatimə oğrunun videosunu paylaşaraq, bu sözləri qeyd edib:
“Gecə saatlarında ofisim qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub. Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Mənim işlə bağlı bütün materiallarım orada idi…”