28 Sentyabr 2018 20:58
2 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxana ifaçısı Vüqar Əbdulov qalmaqallı açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, “ATV şou” verilişinə qonaq olan söz ustası həmkarı Pərviz Bülbüləyə söz atıb.

O bildirib ki, Pərviz müğənni Türkan Vəlizadəyə qoşularaq meyxana sənətini unudub:

“Bütün meyxanaçılara səslənirəm. Namiq Məna, adını “Bədiyyə” qoyub ayrı partiya yaratma! Mehman Əhmədli, “Əhmədli” məktəbi qurma. Ağa Mirzə, böyüyəm deyib kənara çəkilmə. Ayıbdır, meyxana sənəti məhv olacaq. Necə olur ki, Vüqar müğənnilərlə, bəstəkarlarla, aktyorlarla həmfikir olub iş görə bilir.

Sizin hər biriniz ayrı-ayrı toya, çadıra çəkilmisiz. Ortaya çıxaracaq bir meyxanamız yoxdur. Biri Türkana (müğənni Türkan Vəlizadə-red.) qoşulub, digəri “banda” yaradıb. Bunun axırı yoxdur. Namiq Qaraçuxurlu, niyə meyxana demirsən? Kim səni təhqir edir?”


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər