6 Oktyabr 2018 09:12
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan müğənni İradə İbrahimova həyat yoldaşı ilə çəkilmiş fotosunu sosial şəbəkədəki səhifəsinə yükləyib.

Teleqraf.com-un məlumatına görə, ifaçı həyat yoldaşı ilə birgə çəkilmiş şəklinə təəssüratlarını yazıb: “Sənin aydınlığın sənin aydınlığındır. Bardağın hər zaman dolu tərəfindən baxmağa çalışın ki, nə qədər dolu olduğunuzu görəsiniz. Sənin aydınlığın qaranlığı belə işıqlandırar. Bunu heç bir zaman unutmayaq.

İndi hamı güzgünün önünə keçsin, ya da boş verin güzgünü, olduğunuz yerdə pəncərəyə baxın. Fotoşopu, makiyajı boş verin. Arxanızda insan işığı varsa, hər şey tamamdır. Həyat budur, məncə. Kimin sənin önündə, arxanda, yanında olduğunu biləcəksən.

Son nəfəsimə qədər doğru olan hər şeyin yanında durmağa varam. Böyük bir işıqlı dostluk, həyat, hüzur, sevinc, kədər. Artıq içində nə varsa, hər şeyə razı ol, mən səndən razıyam, sən məndən razı ol”.

Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun adlı bəylə evlidir. Cütlüyünün Əli adlı oğlu, İpək adlı qızı var.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər