21 Avqust 2014 23:19
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pop kraliçası" Madonna 26 yaşlı sevgilisi Timor Steffensdən ayrılıb.

Cütlüyün Avropa səyahəti zamanı münasibətləri korlanıb. Onlara yaxın mənbənin bildirdiyinə görə, Madonna Timordan nəzakətli şəkildə əşyalarını yığıb getməyi tələb edib:

"O, heç vaxt bu əlaqəni ciddi qəbul etmirdi. Albomu üzərində işləyirdi və qızı Lolanın məktəbi qurtarmasının qayğısına qalırdı. Həmin vaxtda ciddi bir münasibət haqqında isə düşünmürdü".

Xatırladaq ki, Madonna və Timor bu ilin yanvarından birlikdə idilər. Onların ayrılma səbəbləri hələ ki bilinmir.

/Axşam.az /


Müəllif: