1 Noyabr 2018 15:26
2 773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Rafael Dadaşovun qonaq olduğu "Şou ATV" verilişinə onun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova zəng edib.

Teleqraf.com-un məlumatına görə, aktyorun xanımı canlı verilişdə sevgisini etiraf edib.

O, göz yaşlarını saxlaya bilməyib: "Əmioğlu, səni çox sevirəm (ağlayır). Allah səni bizim balalarımızın üstündən əskik etməsin. Rafael mənim ilk növbədə əmim oğludur".

Rafael Dadaşov isə "Niyə ağlayırsan? Sağam mən. Kövrəksən bilirəm" deyə söyləyib.

Aktyor daha sonra gənclik illərini xatırlayaraq kövrəlib: “Mən o qədər yaraşıqlı olmuşam ki, anam bir qadın kimi məni sevirdi. Çox ciddiyəm. Baxmayaraq ki, ana hissləri var idi. Ancaq deyirdi ki, sənə aşiq olmamaq mümkün deyil. Mən də deyirdim ki, məni sən yaratmısan”.

Qeyd edək ki, Sədaqət Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. O, bir müddət əvvəl Türkiyənin evlənmə proqramına qatılması ilə gündəmə gəlmişdi. Sədaqət eyni zamanda müğənni Səidə Dadaşovanın anasıdır.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər