11 Noyabr 2018 16:12
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan boşandığı keçmiş həyat yoldaşı ilə bir araya gəlib.

Teleqraf.com-un məlumatına görə, müğənni bildirib ki, keçmiş həyat yoldaşı onlarda qonaq olub. Onunla birgə nəvəsi Səmərruxla onayıblar. Elza sonda həmin anı əks etdirən videonu sosial şəbəkədəki səhifəsində paylaşıb.

Qeyd edək ki, Elza Seyidcahan həyat yoldaşından ayrılsa da dost olduqlarını bildirmişdi: “Ailəm müəyyən səbəblərə görə dağıldı. Amma münasibətimiz normal olaraq qalır. İstəsəniz yoldaşıma bu dəqiqə zəng edə bilərəm. Uzaq rayonlara gedəndə zəng edir ki, sən tək getmə, qoy mən gəlib səni aparım".


Müəllif: Aygül Qarayeva