Əməkdar artist Elza Seyidcahan müğənni Kərim Abbasovla eyni verilişdə iştirak etməkdən imtina edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Hər şey daxil” verilişində prodüser Tolik (Tarix Əliyev) deyib.
Prodüserin sözlərindən sonra Kərim Abbasov Elza Seyidcahana cavab verib. O bildirib ki, Damlanı dəstəklədiyi üçün əməkdar artist onunla düşmən olub:
“Məclislərin birində Elza xanımla salamlaşdım, mənə soyuq münasibət göstərdi. Sonra yadıma düşdü ki, mən Damlanı dəstəklədiyim üçün belə edir.
Elza Seyidcahan, əgər siz nahaq danışırsızsa, mən haqqın yanındayam. İfaçılığa gəldikdə, Damla sizdən qat-qat gözəl ifaçıdır. Allah İlhamə Quliyevaya rəhmət eləsin, sizə deyirdi ki, oxumağın bərbad, şeirlərin də fəlakətdir. Amma İlhamə Quliyeva, Nisə Qasımova kimi sənətkarlar mənim sənətimə təriflər yağdırıblar. Səviyyəmin necə olduğunu millət yaxşı bilir. Sizin deməyinizə ehtiyac yoxdur.
Yazdığınız qara-qura şeilərinizə baxın, qərar verin ki, səviyyə baxımdan aşağı kimdir. Heç bir zaman səviyyədən danışmayın. Mən danışsam, sizin üçün pis olacaq”.