25 Avqust 2014 14:50
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qurdlar vadisi" serialında Əbdülhey obrazını canlandıran aktyor Kənan Çobanın oxşarı tapılıb.

Teleqraf.com axşam.az-a istinadən xəbər verir ki, Elazığ bölgəsində yaşayan 42 yaşlı 3 uşaq atası Əhməd Qaraquş adlı şəxs Əbdülheyə inanılmaz dərəcədə bənzərliyi ilə tanınır. Lakin bu oxşarlıq Ə.Qaraquşun ürəyincə deyil.

Belə ki, o, küçədə gəzərkən şəkil çəkdirmək istəyənlərin və serialla bağlı suallar verənlərin əlindən bezdiyini deyib:

"Gəzməyə çıxanda yoldan keçən hər kəs mənimlə şəkil çəkdirmək istəyir. Xətirlərinə dəymirəm, razılaşıram, amma sonra Əbdülhey olmadığımı öyrənəndə çox təəccüblənirlər. Serialla bağlı suallar məni çox yorub. Etiraf edim ki, hər hansı ekran işində çəkilmək təklifi gəlsə, sevə-sevə razı olaram. Yeganə problemim göstərilən diqqət səbəbindən küçədə gəzə bilmirəm. Tez tez məni yolumdan saxlayıb "Polad Alemdar nə vaxt qayıdacaq" tipli suallar verirlər. Əbdülhey olmadığımı deyəndə də çoxları inanmır".










Müəllif: