29 Noyabr 2018 14:11
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan müğənni Kərim Abbasovun onun haqqında dediyi qalmaqallı fikirlərə münasibət bildirib.

Teleqraf.com-un məlumatına görə, bəstəkar-müğənni Seyidcahan "Hər şey daxil" verilişinə zəng edərək Kərimə bu sözləri ünvanlayıb:

"Elza öz işindədir. Təsadüfi insanların bu cür hərəkətləri çox olacaq. Bu, şər, böhtandır. Buna görə də cavab verəcəklər. Nə ixtiyarla mənim şəkillərimi öz səhifəsində paylaşırlar. Sərbəstlik ola bilər, amma bu dərəcədə yox. Buna son qoyacam. Belə söhbətlər mənim nə xasiyyətimə, nə tərbiyəmə yaraşır.

Sənətə bununla gəlməmişəm. Belə bir söhbət qətiyyən olmayıb. Necə deyir ki, iki müğənni olub, onlar da cavab verəcəklər.

Mənim işim yoxdur zəng edim ona? Vaxtım olsa, ailəmlə keçirərəm.

Sənətdə adı olmayanlara cavab vermək istəmirəm".

Qeyd edək ki, Kərim Elza barədə bu sözləri demişdi:

"Sizə danışım Elzanın məni döydürməklə hədələməsindən. Qadın üzümə deyir ki, səni döydürəcəm və başına oyun açdıracam. Yanımda da Allah şahidi iki müğənni var idi. Elza xala (əslində nənəsən), məndən böyük olduğuna görə xala deyirəm. Nəinki sənin, hətta sənin əbəjdadının başı üçün deyil məni döydürmək. Sənin başın qaçıb, deyəsən. Onu başqa yerdə axtar. Ağıllı ol. Səninlə qanun qarşısında görüşərik.

Sən kimsən, məni döydürürsən. Azərbaycan Respublikasında yaşayırsan və qanunları düşün. Sonra başına nələr gələ bilər. Bu sənin üçün itlərə konsert vermək deyil. Ya da rəhmətlik İlhamə Quliyeva demişkən, pulun çoxalıb, xərcləməyə yer tapmırsan.

Səni Rasim Balayev kimi sənətkar yudu-sərdi. Yerinə olsam, efirlərə çıxmazdım. Rasim Balayevi indiyə qədər belə əsəbi görməmişdim.

Elza, mən sənin girdiyin kol deyiləm. Bir daha deyirəm, bir az “xod”undan al. Yoxsa, müvafiq orqanlara cavab verməli olarsan".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər