Müğənni Xatirə İslam "Altın Kelebek" mükafatlandırma mərasimində xoşagəlməz halla qarşılaşıb.
Teleqraf.com xəbər verir ki, canlı efir zamanı Xatirənin ifası yarımçıq kəsilərək yerinə reklam verilib. Müğənni də bu hala susmayıb. O sosial şəbəkədəki səhifəsində bu sözləri deyib:
"Murad Dadaşovun işçiləri mənə dedi ki, Xatirə xanım, axıra kimi gəlməlisiniz. Onda axıra kimi də gələrdiniz də, bu qədər də hörmətsizlik eləmək olmaz axı. Hörmətli "M Group" və onun çox hörmət etdiyim əməkdaşları, mən ora lazım idimsə, niyə mənim ifamı kəsib, efirdə hansısa reklam verilib?
Yox, əgər lazım deyildimsə, onda niyə mənə bu qədər zəng edib dəvət edirdiniz?
Bu gün mənə düz 4 dəfə zəng etmisiniz. Mən də saat 1-dən gözəllik salonundayam. Niyə mən öz körpəmə, həyat yoldaşıma ayırdığım vaxtı sizə verməliyəm? Siz də onun müqabilində belə hörmətsizlik eləməlisiniz? Bu nə deməkdir?
Mən heç bilmirəm bu kimin günahıdır. Efirinmi, yoxsa, təşkilatçılarınmı?
Buna nə ad vermək olar?"
Xatirə bildirib ki, 40 dərəcə qızdırması olsa da səhnəyə çıxıb:
"Deyə bilərdim ki, xəstəyəm, özümü pis hiss edirəm. Gəlməyə bilərdim. Öldürməyəcəkdiniz ki, məni. Amma mən onu eləmədim, özümü, ailəmi pis vəziyyətə qoydum, gəldim konsertə. Övladım ac qalıb bu gün. Amma mən söz vermişdim. Gəldim.
Şərt o deyil ki, bilet satdınız, adam yığdınız konsertə. Belə proyekt eləmirlər. Yenə deyirəm, Murad Dadaşova söz vermişdim, getdim. Yoxsa, mən elə yerlərdən yüksək qonorar alıram. Mənim nə işim var gecə klublarında".