Müğənni Səidə Sultan küsülü olduğu həmkarı Natavan Həbibi barədə danışıb.
Teleqraf.com-un məlumatına görə, Səidə “ATV maqazin onlarla” verilişində Natavan barədə bu sözləri deyib:
“Düzünü desək, mən incimişəm. Umduğum yerdən küsmüşəm, buna haqqım da var. Heç kəs gəlib deyə bilməz ki, düz eləməmisən. Bizim illərimiz, ortada kəsdiyimiz çörək var. Səbəbi budur ki, öz aramızda olan məsələdir. Biz bu məsələni danışsaq, daha sonra barışsaq, insanların gözündən düşəcəyik. Belə şey istəmirəm. Natavan mənim doğmam, əzizimdir. O, mənə yad ola bilməz. Bəlkə də, bu şou-biznes qaydalarına uyğun deyil. Mən şou-biznesdə özümü hiss etməmişəm. Yoxsa oranın qaydalarına uyğun oynayardım”.
Qeyd edək ki, Natavan və Səidə 10 aya yaxındır ki, münasibətlərinə son qoyublar.