17 Dekabr 2018 12:17
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovanı "Altın kelebek" mükafatı alması münasibətilə təbrik edib.

Teleqraf.com-un məlumatına görə, ifaçı "ATV maqazin onlarla" verilişində danışıb.

Namiq Aygünlə bağlı suala ad çəkmədən cavab verib: "Bütün uğurlu işləri təbrik etməyə dəyər. Eyni zamanda dediyiniz məsələ də doğrudan qürurvericidir. Təbrik olunası gözəl bir işdir.

Sadəcə, ad çəkmirəm ki, saytlar götürür lazımsız şeylər edir. Ona görə o mövzulara girmək istəmirəm. Təbi ki, Azərbaycanın adı yaxşı yerlərdə hallanırsa, bu, bizim fəxrimizdir".


Müəllif: Aygül Qarayeva