Azərbaycanlı oriental rəqqasə Aygün yeni il münasibəti ilə fotosessiya etdirib.
Teleqraf.com-a açıqlama verən rəqqasə bildirib ki, 2018-ci ildə onun üçün düşərli olub:
“Hər yeni il gələndə arzularımızı dilə gətiririk. Amma bu illər ərzində qazandıqlarımız da var. 2018-ci il mənim sənətimdə düşərli olundu. İnşallah 2019-cu ildə bir neçə layihə təqdim edəcəm. Hər zaman olduğu kimi, işlərim müzakirələrə səbəb olacaq. Buna əminəm”.
Qeyd edək ki, rəqqasə Aygünün bir müddət öncə hamam xalatında etdirdiyi fotosessiya müzakirələrə səbəb olmuşdu.