27 Avqust 2014 17:21
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzeyir Mehdizadədən daha bir yenilik.

Teleqraf.com xəbər verir ki, bu barədə Üzeyir Mehdizadə şəxsi İnstaqram hesabında məlumat verib:

“Fanatlar sağ olsunlar göndərdilər. Sən demə, proqramçılar mənim şəklimə oyun da hazırlayıblar. Özümdən icazə almasalar da halallığını verirəm. Halal xoşunuz olsun”.

Qeyd edək ki, sözügedən oyun mobil telefonlarda “play market” və “app store” bölmələrində “Azeri show business game” adlı yeni oyundur. Oyun Azərbaycan şou biznes nümayəndələrinə həsr olunub. Oyunda yerli sənətçilərimizdən Röya, Aygün Kazımova, Miri Yusif, Elşad Xose, Elariz və digərlərinin rəsmləri yer alıb. Oyunun üz qabığında Üzeyir Mehdizadənin rəsmi qoyulub.

Pərvin


Müəllif: