Hollivudun bacarıqlı aktrisalarından olan Ceniffer Laurens xəyanət şoku ilə sarsılıb. Belə ki, Laurensin uzun müddətdir birlikdə olduğu sevgilisi Nikolas Hoult onu ən yaxın rəfiqəsi Kristin Stüartla aldadıb.
Teleqraf.com ailem.az-a istinadən xəbər verir ki, film çəkilişi üçün Tokioda olan Stüartla Nikolasın şəkli onların ayrılığına səbəb olub.
Bir müddət əvvəl xəyanətə görə münasibətini bitirən Cenifferin yaxın rəfiqəsi Stüartın bu hərəkətini qəbul edə bilməyib çox sarsıldığı deyilir.
İddialara görə, Ceniffer ayrıldıqdan sonra uzun müddətdir onunla münasibət qurmağa çalışan Kris Martinə şans verib. Həyat yoldaşı Qines Paltrovdan boşanan, "Cold Play‟ qrupunun vokalisti olan Kris Martinin aktrisaya çoxdan aşiq olduğu deyilir.