Nadirdən bəzi həmkarlarını qıcılandıracaq açıqlama: “Toy böyük məktəbdir”.
Bu gün “Hər şey daxil” verlişinin qonağı Nadir Qafarzadə olub.
Verliş boyu ifaları ilə yanaşı, maraqlı açıqlamaları ilə də diqqət çəkən Nadir, toy idarə edən müğənniləri bəyənməyən və fanaqramdan istifadə edən həmkarlarını tənqid atəşinə tutub:
“Bir çox gənc qız ifaçılar var ki, mənim idarə etdiyim toyda gəlib əyləşib, telefonun “diktafon”unu qoşub ifa etdiyim mahnıları yazaraq gedib evdə onların hansı muğam üstündə olduğunu, necə ifa etmək lazım olduğunu öyrənir. Biz toydan danışırıq. Deyərlər ki, toy məktəbdir ki, sən toy məktəbi keçirsən. Əslində toy böyük məktəbdir. İnsan orada büxtələşir, insanın orada səsi açılır. Bu mədəni xidmətdir. Şərt deyil mən gəldim populyar oldum, ulduz oldum vəssəlam! Yox, sən oxuyan olmalısan, müğənnidən çox oxuyan. O diski bir gün yığışdıracaqlar, Vallah o diski bizim başımıza çırpacaqlar. Bir gün o diski alıb bizdən gözümüzə soxacaqlar. Deyəcəklər “mən sənə pul verirəm, sən nəyə görə bu disklə gəlmisən?”. Heç olmasa içində bir vicdan olsun ki, mən pul alıram. O pul halal olsun deyə 10-15 dəqiqə canlı ifa et də. Sonra deməsinlər ki, “haram xoşun olsun. Sonra yenə dəvət etsinlər. Disklə konsertdə, efirdə hardasa oxumaq olar, amma toylarda olmaz”.
/gecce.az/