Amerikaya köçən müğənni Elariz Məmmədoğlu dördüncü dəfə baba olub.
Teleqraf.com-un məlumatına görə, hazırda Amerikada olan Elariz uşağın da orada doğulduğunu bildirib. Bu haqda ifaçı instaqram səhifəsində paylaşıb.
"Çox sevinirən, xoşbəxtəm... Artıq dördüncü dəfə baba oldum. Özü də Amerikada" deyə, sənətçi paylaşımında bildirib.
Belə ki, sənətçinin həyat yoldaşı iki il əvvəl "Greencard" qazanıb. Bir neçə həftə əvvəl Elariz ailəsi ilə birlikdə Amerikaya köçüb. Sənətçinin üç övladı var. Onun oğlu subaydır. Böyük qızı Ülviyyə, ikinci övladı isə Güneldir. Günelin toyu 2014-cü ildə olub.