Tunisdə tətildə olarkən xilasedici Məhəmməd Salahla tanış olan 24 yaşlı model Carley Watts onunla evlənərək müsəlman olmağa qərar verib.
Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, Tunisə köçərək İslamı qəbul edəcəyini bildirən Watts 2 yaşlı uşağıyla birlikdə orada xoşbəxt olacağını qeyd edib.
Daha öncə alt paltarı dəfilələrində podiuma çıxan model Salaha aşiq olduqdan sonra həyatının dəyişdiyini bildirib.