17 Fevral 2019 16:57
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Rafet El Roman 14 fevral - Sevgililər günü ilə bağlı konsert verib.

Teleqraf.com xəbər verir ki, Rafet konsertdə özündən 27 yaş kiçik sevgilisi Dərya Ürkməz ilə bir səhnəni bölüşüb. Gecədə müğənninin keçmiş həyat yoldaşı Tuğba Altntop və qızları da iştirak edib.

Qeyd edək ki, 50 yaşlı Rafet El Roman ötən il Bodrumda Dərya Ürkməz ilə öpüşdüyü zaman paparatsilərin obyektivinə tuş gəlmişdi. Müğənni sosial mediada yayılan bu fotonun fotoşop olduğunu iddia edərək jurnalistləri günahlandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər