Müğənni Elariz Məmmədoğlu Amerikaya köçüb.
Teleqraf.com xəbər verir ki, "Greencard" qazanan ifaçı orada iş tapıb.
"Atv.az" Elarizin Amerikada kafedə çalışacağını yazıb. Məmmədoğlu açıqlamasında bunları deyib:
"Buradakı soydaşlarımız sağ olsun. Eşitdilər ki, Nyu-Yorkdayam, belə təklif etdilər. Əslən Azərbaycandan olan dağ yəhudilərinin sahibi olduqları restoranda müğənni kimi çalışıram".
Qeyd edək ki, "Greencard"ı sənətçinin həyat yoldaşı udub.