Türkiyənin tanınmış aktyorları Fahriyə Evcen və Burak Özçivit doğulacaq övladları üçün İnstaqramda hesab açsa da, saxta hesabların qarşısını ala bilməyiblər.
Teleqraf.com xəbər verir ki, cütlük ay yarım sonra dünyaya gələcək körpəyə Karan adı qoyulacağını açıqlayıb. Onlar sosial mediada saxta hesabların qarşısını almaq məqsədilə özləri səhifə yaradıb və artıq 60 mindən çox izləyici var.
Lakin bununla yanaşı onlarla saxta hesab da açılıb.
Qeyd edək ki, Burak Özçivitin 12 milyon 500 min, Fahriyə Evcenin isə 8 milyon 100 min izləyicisi var.