11 Mart 2019 11:39
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl konsert proqramı çərçivəsində Bakıya gələn məşhur türk müğənni Sibel Can Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.

Teleqraf.com xəbər verir ki, müğənni Ruhi bu barədə özünün İnstaqram hesabında yazıb.

O, ziyarətin video-görüntüsünü də paylaşıb:

“Bildiyiniz kimi Sibel Can oğlu Engincan Ural ilə konsertdən bir gün öncə Bakımıza gələrək tarixi yerlərimizi gəzmək istədilər. Bununla yanaşı, biz dünən Azərbaycanın tarixinin ən önəmli yerlərindən olan Ulu Öndərimiz Heydər Əliyevin və Xanımı Zərifə Əliyevanın məzarını ziyarət etdik.

Daha sonra isə tariximizə adları qanla yazılan 20 Yanvar şəhidlərimizi ziyarət etdik. 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu Sibel Canla bölüşdük”.

Videonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu