Xalq artisti Mənsum İbrahimov Efiopiyaya qastrol səfərə gedib.
Teleqraf.com xəbər verir ki, orada konsert verən xalq artisti istirahətə vaxt ayırıb və o, bu barədə sosial şəbəkədə fotolarını paylaşıb.
Nairobi Milli Parkına baş çəkən sənətçi fotolarını sosial media hesabında izləyicilərlə bölüşüb.
Qeyd edək ki, Efiopiya Afrikanın ən qədim dövlətlərindən biridir. Paytaxtı isə Əddis-Əbəbə şəhəridir. Buradakı müsəlmanlar əhalinin 32,8 faizini təşkil edir.