Türkiyənin məşhur sənətkarı Orxan Gəncəbayın həyat yoldaşı Sevim Əmrə ötən həftə taksi sürücüsü tərəfindən bıçaqlanan oğlu Gökxanın vəziyyəti barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Sevim Əmrə oğlunun səhhətinin yaxşı olduğunu, hətta bu günlərdə ABŞ-a getdiyini söyləyib.
Jurnalistlərin oğlunu nə zaman evləndirəcəyi barədə sualına Orxan Gəncəbayın xanımı belə cavab verib: "Nə evlənmək? Hələ cəmi 30 yaşındadır. Amma çox şirin sevgilisi var".