Müğənni Sərdar Ortaç dünən axşam Şimali Kiprdə konsert verib.
Teleqraf.com xəbər verir ki, pop ulduz konsertdən öncə duyğusal açıqlamalarla çıxış edib.
O deyib:
“Qardaşım Sərxan infeksiya səbəbindən 4 ay öncə xəstəxanaya aparıldı. Günlərlə reanimasiyada qaldı. Az qalmışdı ki, onu itirək. Kiməsə xəbər vermədim, amma həyatımda uzun zamandır heç bu qədər ağlamadım. Sonuncu dəfə 1998-ci ildə xəstəlik səbəbindən sol gözüm qapananda, 2012-ci ildə isə atam Mehmet Ortacı itirdikdə bu qədər çox ağladım”.
Müğənni deyib ki, Sərxan hazırda müalicə olunur:
“Baxışları düzəldi, bizi anlayır. Amma hələ də gözləyirik. İki övladı var. Allah onlara bağışladı. Anam və mən pərişanıq. Sərxan üçün bütün gücümü səfərbər etdim. Amma inanırsınızmı, hələ də çox üzgünəm. Sürəkli ağlayıram”.
S.Ortac daha sonra deyib: “Qardaşımın sağlıq durumu yaxşı ikən işlərimin çoxluğu səbəbindən ona vaxt ayıra bilmirdim. İndi o qədər peşimanam ki! “Niyə daha çox yanında deyildim?” deyə özümü günahlandırıb dururam. Hər kəs ailəsinə, sevdiklərinə zaman ayırsın. Sonra o böyük peşimanlıq heç keçmir. İnsanın üzərinə çökür”.