Türkiyədə yayımlanan evlilik proqramında iştirakı ilə gündəmə gələn Naz Mila nikah masasına oturub.
Teleqraf.com xəbər verir ki, o, bu haqda İnstaqram hesabında paylaşım edib.
"Evlənə bilməzsən" dedilər, evləndim. Həm də, məni sevən, bir dediyimi iki etməyən və aşiq olduğum adamla. Sənin kimi bir ərim olduğu üçün çox xoşbəxtəm" deyə, o, paylaşımda yazıb.
Qeyd edək ki, Naz bir müddət öncə Gürkan adlı gənclə fotolarını paylaşaraq ona sevgisini elan etmişdi.