Hollivud ulduzu, “Oskar”lı aktrisa Mira Sorvino cinsi zorakılıqla bağlı keçirilən konfransa vaxtilə təcavüzə məruz qaldığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, 51 yaşlı aktrisa ağlayaraq media patronu Harvey Vaynşteyn tərəfindən zorlandığını etiraf edib.
"Təcavüz qurbanları ədalət axtarırlar. Mən bu insanlara kömək etmək üçün keçmişdə yaşadığım dəhşət və bundan yaranan psixoloji travmadan danışdım. İnsan özü qurban olsa belə, özünüzü günahlandırıb utanırsınız" deyə, o bildirib.